Onun sözlərinə görə, AİB iqtisadi birlikdir ki, onun siyasi, hətta daha çox geosiyasi gündəmi olmamalıdır. Nikol Paşinyan əslində Qazaxıstanın keçmiş Prezidenti Nursulan Nazarbayevin AİB-in formalaşması zamanı dediyi müşahidələri təkrarlayır. 2011-c ildə o zaman Rusiyanın Baş naziri olan Vladimir Putin 2012-ci il seçkilərində prezident vəzifəsinə yenidən namizədliyini irəli sürmək üçün qayıdışını elan edəndə, “İzvestiya”da Avrasiya Birliyi ideyası haqqında məqalə dərc etdirib.
Qısa müddətdən sonra “İzvestiya” Nazarbayevin mahiyyətcə “cavab” məqaləsini dərc etdi. Burada əsas ideyalardan biri Avrasiya Birliyinin sırf iqtisadi birlik olması və siyasi gündəmləri irəli sürməməsi idi. Nazarbayev həmçinin vurğulayıb ki, o, belə bir iqtisadi birlik ideyasını hələ 1991-ci ildə qaldırıb. Təbii ki, iqtisadi deməklə, AİB-in sırf iqtisadi birlik olsa belə, onun malik olduğu siyasi təsir və amilləri ləğv etməyin mümkün olduğu qənaətinə gəlmək sadəlövhlükdür.
Bu, sırf iqtisadi xarakter daşımasına baxmayaraq, BRICS-in və ya digər beynəlxalq iqtisadi strukturların, məsələn, Asiya Sakit Okean Təşkilatının, hətta Avropa İttifaqının (Aİ) özünün də siyasi əhəmiyyətini inkar etməklə demək olar ki, eynidir. Aİ daha sonra iqtisadi mahiyyətindən siyasi mahiyyətə keçib, çünki irimiqyaslı beynəlxalq iqtisadi layihələr və ya təşəbbüslər həm də siyasi xarakter daşımaya bilməz.
Təbii olaraq Nikol Paşinyanın bəyanatının motivi Ermənistan-Rusiya münasibətləri ilə bağlı Qərblə münasibətdə yaratdığı vəziyyətdir. Maraqlıdır ki, Paşinyanın Sankt-Peterburqa getdiyi gün NATO-nun baş katibinin xüsusi nümayəndəsi Kolominanın müsahibəsi dərc olunur və o, Ermənistanın müəyyən qədər Rusiyadan uzaqlaşdığını, bunu təşviq etdiklərini deyir.
Nikol Paşinyan bu gündəliyi Ermənistanın “təhlükəsizlik problemləri”nə görə Qərbi konkret, substantiv məsuliyyətə yaxınlaşdırmaq vasitəsinə çevirməyə çalışır, bunu həyata keçirmək üçün MDB-nin Bişkek assambleyasında, sonra Minskdə KTMT-nin assambleyasında iştirakdan imtina edir, bir sıra siyasi bəyanatlar verir.
Lakin bu fonda AİB və MDB assambleyaları üçün Sankt-Peterburqa səfər ajiotaj yaradır, çünki Paşinyan həm birbaşa, həm də müvafiq ekspert dairələri vasitəsilə, belə demək mümkünsə, “antirusluq” baxımından elə bir “nişan” müəyyənləşdirmişdi ki, Rusiyaya hər hansı bir səfər artıq həmin nişanın qırılması demək olacaq.
Üstəlik, Qərbdə bəlkə də məhz belə bir fürsət gözləyirlər, çünki Azərbaycanla sülh müqaviləsinin olmadığı, Ermənistanın Türkiyə ilə münasibətlərinin tənzimlənmədiyi bir şəraitdə Qərb Ermənistan üçün maddi və uzunmüddətli təhlükəsizlik məsuliyyətini öz üzərinə götürmək arzusundan uzaqdır. Qərb müntəzəm olaraq demək olar açıq mətnlə buna işarə edir.
Digər tərəfdən, Nikol Paşinyan bu vəziyyətdən çıxış edərək, Rusiya ilə münasibətlərində “dönməzlik nöqtəsi”ni keçməyə çalışmır. Bunun fonunda Sankt-Peterburqa yollanan Nikol Paşinyan AİB Assambleyasında çıxışında iqtisadi vəziyyəti vurğulayaraq qeyd edib ki, bunu “geosiyasi göstərici” hesab etmək olmaz. Eyni zamanda, Ermənistan AİB-in digər üzv dövlətləri ilə birlikdə assambleyanın 2030-cu ilə qədər iqtisadi inkişaf və 2045-ci ilə qədər “Avrasiya iqtisadi yolu” haqqında bəyannaməsini imzalayıb.
Asif Cəfərov
Ordu.az